Yazını böyüt
Yazını kiçilt
"Serbiya milli nüvə proqramının dinc məqsədlər naminə həyata keçirilməsi üçün hazırlıqlara başlayıb".
"Veçernje Novosti" qəzeti yazır ki, bunu ölkənin dağ-mədən və energetika naziri Dubravka Cedoviç-Handanoviç deyib. Onun sözlərinə görə, Serbiya enerji haqqında qanuna dəyişiklik etməklə nüvə enerjisini dinc məqsədlər üçün inkişaf etdirmək imkanını yaradıb:
"Biz enerji təhlükəsizliyinin gələcəyi haqqında düşünməliyik. Bunun üçün yaxşı təməlimiz var, lakin biz onu daha da gücləndirmək istəyirik".