Sərhədlərin toxunuzmazlığı bizim üçün “qırmızı xəttdir” - Politoloq

18:49 27.07.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Ermənistanın 400 tonluq “humanitar yardım” TIR-ları Laçın nəzarət buraxılış postunun qarşı tərəfində gözləyir.  Dünəndən etibarən Azərbaycan silahlı qüvvələri ehtimal edilən təxribatın qarşısını almaq üçün hazırlıq vəziyyətinə gətirilib. Ermənistanda fəaliyyət göstərən Aİ-in “mülki” missiyasının da ərazidə olması diqqət çəkir. Üstəlik, Azərbaycandan TIR-ların buraxılması istənilir. Hansı haqla?!. Nə baş verir: Ermənistan və havadarları hansı topun arxasınca qaçır, yenə hansı oyunu qururlar?

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti, politoloq Mətin Məmmədli hafta.az-a açıqlamasında bildirib ki, Ermənistan Qarabağa “humanitar yardım” göndərməklə şou göstərmək istəyir. Eyni zamanda nümayiş etdirmək istəyir ki, Azərbaycan Qarabağdakı erməniləri blokadaya alıb və zəruri sosial ehtiyaclarını təmin etməyə imkan vermir. Beləliklədə, faktları təhrif edərək, beynəlxalq ictimaiyyətin diqqətini Qarabağa yönəltmək istəyir.

Politoloq heç şübhəsiz ki, bütün bunların əsassız cəhdlər olduğunu deyib. O, eyni zamanda bir sıra dövlətlərin, o cümlədən Avropa İttifaqının  Laçın-Xankəndi yolunu açmağa və humanitar yardıma şərait yaratmaqla bağlı çağırışlarının da təəssüf doğurduğunu vurğulayıb.

“Beynəlxalq ictimaiyyət, beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır, qəbul edir. Ancaq bununla yanaşı Laçından humanitar karvanın daxil olmasna şəraitin yaradılması ilə bağlı Azərbaycanı nələrdəsə ittiham edirlər. Bu, ilk növbədə ölkəmizin həmin ərazilər üzərində suverenliyinə şübhə yaradan açıqlamalardır və həmin ölkələrin ərazilərimizin bütövlüyünü tanıması ilə ziddiyyət təşkil edir. Təbii ki, belə bir mövqe bizim tərəfimizdən qəbul edilə bilməz. Azərbaycanın əraziləri üzərində suverenlik hüquqları var və biz o hüquqlaımızdan istifadə edərək Laçında nəzarət buraxılış məntəqəsi qurmuşuq və  ölkəmizə  daxil olmaq istəyənlər bunu qanuni yolla etməlidir”.

 M.Məmmədli digər bir tərəfdən qeyd edib ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır, onların ehtiyacları da dövlət tərəfindən ödənməlidir. 

“Bunun üçün də dövlətimiz onlara alternativ - Ağdam-Xankəndi yolunu təklif edib. Bu təklifin də məqsədi onan ibarətdir ki, ermənilər o yol vasitəsi ilə öz ehtiyacların ödəsinlər. Ancaq təəssüf ki, ölkəmizin humanist, konstruktiv təklif etməsinə baxmayaraq Ermənistan, onu himayə edən dövlətlər, müxtəlif dairələr fərqli mövqe tutur. Bütün bunlar nəticədə regionada vəziyyətin gərginləşməsinə səbəb olur.  Amma istənilən halda heç bir dövlət Azərbaycanla təhdid dili ilə danışa bilməz. Azərbayan ərazi bütövlüyü, sərhədlərin toxunuzmalığı bizim üçün “qırmızı xəttdir” və bu xəttin heç bir dövlət tərəfindən keçilməsinə imkan verə bilmərik”.

Siyasət rubrikasından digər xəbərlər