Şərqi Zəngəzur varsa, deməli, Qərbi Zəngəzur da var - PAŞİNYAN

17:19 08.09.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Demarkasiya və delimitasiya prosesi ilə bağlı təhlükələr var. Hafta.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Vladivostokda erməni icmasının nümayəndələri ilə görüşündə deyib.

“Baxın, beynəlxalq platformalarda Azərbaycan Ermənistana qarşı heç bir ərazi iddiasının olmadığını bəyan edir, amma “Şərqi Zəngəzur” ifadəsini işlətdikdə, nəzərdə tutur ki, “Qərbi Zəngəzur” da var. Bütün bunların içində gizli iddialar var.

Ümumiyyətlə, hansı illərin xəritələri əsasında prosesin aparılması ilə bağlı müxtəlif fikirlər var. Deyirlər 1921, 1923, deyirlər 1975, 1969. Biz deyirik ki, demarkasiya hüquqi qüvvəyə malik sənədlər əsasında aparılmalıdır.

Azərbaycanda belə bəyanatlar var ki, məsələn, müəyyən ilin xəritəsi Zəngəzurun “qanunsuz olaraq Ermənistana verildiyini”, yaxud bəzi yaşayış məntəqələrinin “qanunsuz olaraq Ermənistana verildiyini” “təsdiq edir”".

Siyasət rubrikasından digər xəbərlər