Sərxoş gəlin toyunda POLİSİ DİŞLƏDİ

18:36 31.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Amerikanın Tennessi ştatının Memfis şəhərində sərxoş gəlin toyunun pozulmasından əsəbiləşərək polis işçisini dişləyib.

Hafta.az xəbər verir ki, Memphis polisi ziyafət salonunun kənarındakı dayanacaqda təxminən 25 nəfərin iştirak etdiyi dava barədə xəbər alıb. Polis məmurlarının sözlərinə görə, hadisə yerində eyni vaxtda səkkiz dava baş verib və mübahisə toyun keçirildiyi məkana da sirayət edib.

Polis dava edənləri saxlamağa başlayanda, Mia Pugh adlı qadın onun toyunda dava olduğunu, bu səbəbdən ziyafətin pozulduğunu qışqırmağa başlayıb. İçkili vəziyyətdə əsəbiləşən qadın polisə güc tətbiq edib və nəticədə saxlanılıb. O, polislərdən birini çiynindən dişləyib.