Sərxoş rus qadın yeddi aylıq nəvəsini eyvandan atıb

16:20 30.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Nijni Novqorod vilayətinin Kstovo şəhərində 54 yaşlı qadın yeddi aylıq nəvəsini eyvandan atıb. Bu barədə regional İstintaq Komitəsi öz saytında yazır.

İstintaqın məlumatına görə, 2023-cü il fevralın 22-də axşam saatlarında sərxoş vəziyyətdə olan 54 yaşlı qadın naməlum səbəbdən körpəni üçüncü mərtəbədəki mənzilin eyvanından atıb. Qız mağazanın üzlüyünün qar qapağının üstünə düşüb və sağ qalıb.

İdarə rusiyalı qadına qarşı azyaşlı uşağın həyatına qəsd maddəsi ilə cinayət işi açıb. Qadının xroniki xəstəliyi olduğu müəyyən edilib. İndi o, psixiatriya xəstəxanasındadır. Təqsirləndirilən şəxsin ağlı başında olub-olmaması ekspertiza tərəfindən müəyyən ediləcək.