Səudiyyə Ərəbistanı komputer oyunu sənayesinə 38 milyard dollar ayırdı

14:00 14.06.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Səudiyyə Ərəbistanı iqtisadiyyatının neftdən asılılığını azaltmaq strategiyasının bir hissəsi olaraq son ilyarımda computer oyunu sənayesində fəaliyyət göstərən şirkətlərə 8 milyard dollar sərmayə qoyub.

Hafta.az-ın yazdığına görə, dünya neft ehtiyatlarının beşdə birinə sahib olan Səudiyyə Ərəbistanı ötən ilin yanvarında qurulan və tam olaraq Səudiyyə Ərəbistanının 650 milyard dollarlıq valyuta fonduna məxsus olan “Savy Games Group”un sərmayələri arasında Çinin VSPO, İsveçin EMBRACER Group və ABŞ-ın “Scopely” şirkətləri var. Fondun rəhbəri olan vəliəhd şahzadə Məhəmməd Bin Salman Səudiyyə Ərəbistanını qlobal oyun və e-idman mərkəzinə çevirməyi planlaşdırdıqlarını və bu məqsədlə “Savy Group”a 38 milyard dollar ayırdıqlarını bildirib.

2030-cu ilə qədər ölkədə 250 oyun şirkətinin fəaliyyət göstərəcəyi, 39 min yeni iş yerinin açılacağı və bunun ÜDM-ə 1 faiz töhfə verəcəyi açıqlanıb.

36 milyonluq əhalisinin 70 faizinin 35 yaşa qədər olduğu ölkədə oyunlara marağın çox yüksək olduğu bildirilir.

Səudiyyə Ərəbistanının pay almaq istədiyi video oyun sənayesinin həcmi hazırda 200 milyard dollardır və “Price Waterhouse Coopers”ə görə bu rəqəm 2026-cı ildə 300 milyard dollara yüksələcək.