Səudiyyə Ərəbistanında 140-dan çox məmur həbs edilib

20:50 25.01.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Səudiyyə Ərəbistanının Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Komitəsi bir ay ərzində rüşvətxorluq, çirkli pulların yuyulması və sənədlərin saxtalaşdırılması iddialarına görə müxtəlif dövlət idarələrində çalışan məmurların həbsinə dair 142 order verib.

Təqsirləndirilən şəxslər, xüsusilə, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Müdafiə Nazirliyi və digər qurumlarda çalışıblar.