Səudiyyə ordusuna 255-dən çox qadın yazılıb

17:31 12.01.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Səudiyyə Ərəbistanı Silahlı Qüvvələrinin Qadın Hazırlığı İnstitutunda ali təhsil almış və diplomatik təhlükəsizlik, eləcə də Həcc və Ümrə (böyük və kiçik müsəlman ziyarətləri) ziyarətlərinin təhlükəsizliyi sahəsində xidmət edəcək 255 qadın hərbi qulluqçu buraxılıb. Bu barədə “The National” xəbər verir.

Məzun mərasimi daxili işlər naziri şahzadə Əbdüləziz bin Səud və ictimai təhlükəsizlik direktoru general-leytenant Məhəmməd Əl Bassaminin iştirakı ilə keçirilib.

Neft ixracının ölkə iqtisadiyyatına təsirini azaltmaq, habelə beynəlxalq ticarəti artırmaq və krallığın dünyəvi imicini inkişaf etdirmək məqsədilə 2016-cı ildə qəbul edilmiş “Vision 2030” proqramı çərçivəsində qadınlara 2022-ci ilin fevralında Səudiyyə ordusunda xidmət etməyə icazə verilib.
Orduya daxil olan qadınlar üçün tələblər kişilər üçün qoyulan tələblərdən yalnız xidmətə girmə yaşında fərqlənir - 17 yaş əvəzinə 21 yaşdır. Qalan tələblər eynidir.