Netfliks şirkəti, hesab sahiblərinin eyni evdə yaşamadıqları insanlarla parol paylaşmasını dayandırmaq üçün maraqlı bir addım atır. Hafta.az xəbər verir ki, yayım platforması, parolları müxtəlif şəxslərlə paylaşanlardan əlavə ödəniş tələb edəcək funksiyanı sınaqdan keçirməyə başlayıb.
Nəzərinizə çatdıraq ki, Netfliksin abunə paketləri əslində “şəxs” deyil, “cihaz” yönümlüdür. Fərqli cihazlarda platformaya daxil olmağı mümkün edən Netfliksin bu xüsusiyyəti bir çox istifadəçi tərəfindən digər insanlarla "ümumi" yararlana bilməyə icazə verir.
Şirkətin xidmət şərtlərinə görə, parolların eyni evdən kənar insanlarla paylaşılması qadağandır. Ancaq Netfliks bu mövzuda istifadəçilərə heç bir çətinlik yaratmadı və öz təbirincə desək, "bir yerdə yaşayan insanların hesablarını paylaşmalarını asanlaşdırdıq" dedi.
Əlavə ödəniş prosesi ilk olaraq Çili, Kosta Rika və Peruda tətbiq edilir. Hesab sahibi ilə eyni evdə yaşamayanları aşkar edəcək platforma, “Standart” və “Premium” planları olan müştərilərə “Əlavə üzv əlavə et” xidməti sayəsində birlikdə yaşamadıqları iki nəfər üçün də yeni(ödənişli) profil yaratmağa imkan verəcək.