Sığınacaq müraciəti rədd edilən əfqanlar ölkələrinə göndəriləcək

10:10 12.07.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Avstriyada sığınacaq müraciəti rədd edilən Əfqanıstan vətəndaşının etirazını qiymətləndirən Konstitusiya Məhkəməsi, Taliban-ın hakimiyyəti ələ keçirməsindən sonra təhlükəsizlik vəziyyətinin yaxşılaşdığını və sığınacaq axtaran şəxsin pul qazanmaq imkanı olduğunu əsas gətirərək, onun deportasiyası ilə bağlı qərarın düzgün olduğuna qərar verib.

Hafta.az-ın yazdığına görə, Konstitusiya Məhkəməsi 2022-ci ildə həm Avstriya, həm də İsveçrədən sığınacaq üçün müraciət etmiş və müraciəti hər iki ölkə tərəfindən rədd edilən şəxsin deportasiyasına etiraz etmək üçün açdığı iş üzrə hökmünü ictimaiyyətlə bölüşüb.

2021-ci ildə Taliban hakimiyyəti ələ keçirdikdən sonra təhlükəsizlik vəziyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşdığına diqqət çəkən məhkəmə, deportasiya qərarının "iddiaçının mülki şəxs kimi sağ qalmasına təhlükə yaradacaq beynəlxalq və ya milli münaqişə mühiti halında verildiyini" ifadə edib. O, buna səbəb kimi "bunun bütün ölkədə mövcud olmadığını" göstərib.

Məhkəmə həmçinin qeyd edib ki, həmin şəxs sığınacaq ərizəsində Əfqanıstanda iqtisadi vəziyyətinin yaxşı olduğunu və çox sayda daşınmaz əmlaka malik olduğunu qeyd edib. Bu ifadələrə uyğun olaraq, iddiaçının öz ölkəsində pul qazanmaq imkanına malik olduğu anlaşılıb.

Ekspertlər Konstitusiya Məhkəməsinin qərarının fərdi işə aid olduğu və sığınacaq müraciəti rədd edilən hər bir əfqana şamil edilməyəcəyi ilə bağlı fikirlərini bölüşüblər. Lakin Konstitusiya Məhkəməsinin bu ölkəyə deportasiya edilməsinin mümkünsüzlüyü ilə bağlı qərarının məhkəmədən sonra dəyişməsi diqqət çəkir.

2021-ci ilə qədər şiddətli qarşıdurmalara baxmayaraq bir çox Əfqanıstan vətəndaşının deportasiya edildiyi Avstriyada Taliban hakimiyyətə gəldikdən sonra sığınacaq müraciətləri rədd edilən insanlar üçün verilən deportasiya qərarları icra olunmayıb.