Sirkə turşusundan zəhərlənərək öldü

10:52 19.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda 66 yaşlı kişi zəhərlənərək ölüb.

 

Hafta.az xəbər verir ki, hadisə oktyabrın 18-i saat 09:30 radələrində Ysamala rayonu ərazisində qeydə alınıb.

 

Belə ki, 1956-ci il təvəllüdlü Həbibov Vaqif İdris oğlu yaşadığı evdə sirkə turşusu içərək zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Daha sonra o, həmin gün saat 15:00 radələrində zəhərlənmədən ölüb.

 

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.