Yazını böyüt
Yazını kiçilt
Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 60 m² olan birmərtəbəli obyektin (şirniyyat evi kimi fəaliyyət göstərir) dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə və ərazidə 3 ədəd ağac yanıb.
Bu barədə FHN-dən hafta.az-a bildirilib.
Yüksək temperaturdan bitişik tikilinin xarici divarına quraşdırılan 1 ədəd kondisionerin mühərrik hissəsi əriyib. Obyektin qalan hissəsi və tikili yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.