Şirvanda körpə doğuş zamanı ölüb

14:03 09.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şirvan Doğum evində doğuş zamanı körpə ölümü baş verib.

Hafta.az APA-ya istinadən verdiyi məlumatına görə, ötən gecə Şirvan Doğum evində Sabirabad rayonunun Məmişlər kənd sakini, 2001-ci il təvəllüdlü Bünnətova Elnurə Fariz qızı oğlan uşağı dünyaya gətirib.

Ailə üzvlərinin bildirdiyinə görə körpə doğuş zamanı ölüb. Meyit müayinə olunmaq üçün Şirvan morquna yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.