Möhtərəm cənab Prezident.
Dünya bu gün COVİD -19 pandemiyası dövrünü yaşayır. Bəşəriyyət ağır sınaq qarşısındadır. Ancaq Sizin qətiyyətli qərarlarınız və soydaşlarımızın dövlət başçısının çağırışlarına məsuliyyətlə yanaşması nəticəsində koronavirusun ciddi fəsadlara yol açmasına imkan verilmir. Çünki Siz daim xalqımızın yanındasız, onu düşünürsünüz. Pandemiya ilə mübarizədə bir çox tanınmış dövlət başçılarının reallaşdıra bilmədiyi tədbirləri Siz vaxtında, zamanında, qətiyyətlə həyata keçirirsiniz.
Cənab Prezident, Sizin xeyirxah qəlbinizdən süzülən işıq həmişə ən çətin günlərimizdə yolumuzu nurlandırır, ürəyimizi məhəbbətlə döyündürür, varlığımızı isidir, ən başlıcası, bizə ümid bəxş edir. Gələcəyimiz üçün ən yaxşı sərmayə etdiyimiz yaxşılıqdır və yaxşılıq elə bir libasdır ki, heç vaxt köhnəlmir. Güclü olmaq hər kəsin arzusundadır, amma güclü insan həm də xeyirxah, yardımsevər, xalqı üçün ən böyük fədakarlıqlara belə hazır olanda, birliyimizi, birlikdəliyimizi qoruyanda xalqın ən böyük sevimlisinə çevrilir. Məhz Sizin kimi. Bu mənada insanlarımıza çətin, təzadlı günlərdə etdiyiniz yaxşılıqlar, göstərdiyiniz maddi və mənəvi yardımlar, atdığınız məqsədyönlü addımlar insanların gözündə Sizi xilaskar zirvəsinə yüksəldir. Bir daha sübut etdiniz ki, Azərbaycan vətəndaşının gözəl yaşaması ilə bərabər, onun sağlamlığı da Sizin üçün hər şeydən önəmlidir.
Cənab Prezident, nə yaxşı ki, varsınız. Sizə nə qədər təşəkkür etsək, nə qədər minnətdarlığımızı bildirsək, yenə də azdır.
Qüdrətli Tanrı Sizi və ailənizi qorusun.
Dərin hörmətlə,
Əminə Yusifqızı
“Kür” qəzetinin baş redaktoru, əməkdar jurnalist
Azərbaycan Respublikası, Bakı şəhəri.