Sizin yürütdüyünüz siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahı dayanır - Horadizdən Prezidentə məktub

18:29 28.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Möhtərəm cənab Prezident.

Bütün dünyanı ağuşuna almış, hər gün minlərlə insanın ölümünə səbəb olan koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində Sizin rəhbərliyinizlə həyata keçirilən ardıcıl və sistemli tədbirləri, dövlətin bütün resurslarının pandemiyanın təsirinin azaldılması üçün səfərbər edilməsini Füzuli rayon sakinləri olaraq alqışlayırıq.

Cəbhə bölgəsində yaşayan füzulili məcburi köçkünlər inanırlar ki, Sizin və Mehriban xanım Əliyevanın dəstəyi ilə biz koronavirus pandemiyasına da qalib gələcəyik.

Sizin tapşırığınızla yerlərdə yaşı 65-dən yuxarı vətəndaşlara, o cümlədən imtiyazlı ailələrə ərzaq yardımlarının verilməsi, yüz minlərlə işsiz və aztəminatlı insana karantin dövründə 190 manat məbləğində birdəfəlin ödənişin edilməsi, on minlərlə yeni iş yerinin yaradılması sübut edir ki, Sizin yürütdüyünüz siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahı dayanır.

Biz füzulililər, xüsusilə də tibb işçiləri Sizi dəstəkləyirik. Siz dediyiniz kimi, “Biz birlikdə güclüyük!”. Allah Sizi və ailənizi qorusun.

Hörmətlə,

Abbasov Elxar Dünyamalı oğlu

Əlizadə Elçin Əlövsət oğlu

Hacıyeva Gülnarə Füzuli qızı.

Azərbaycan Respublikası, Füzuli rayonu, Horadiz şəhəri.