Slovakiya prezidenti 9 vətəndaşın Ukrayna ordusuna qoşulmasına icazə verib

11:00 07.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Slovakiya prezidenti Ukrayna Silahlı Qüvvələrinə qoşulmaq üçün vətəndaşların doqquz müraciətini təmin edib, üç müraciət isə rədd edilib.

Hafta.az-ın TASR-a istinadən yazdığına görə, bu barədə Slovakiya Prezident Aparatının kommunikasiya şöbəsinin rəhbəri Yozef Matey məlumat verib. O bildirib ki, genişmiqyaslı müharibənin ilk günündən 2023-cü il avqustun 2-dək Slovakiya prezidenti bu cür məsələlərlə bağlı 35 qərar elan edib.

“Onlardan 9-u icazə ilə bağlı, 26-sı isə Ukrayna Silahlı Qüvvələri sıralarında hərbi xidmətə icazənin verilməməsi ilə bağlı olub”, - deyə rəsmi bildirib.

Slovakiyada icazə proseduru müdafiə, daxili işlər və xarici işlər nazirliklərində ərizəyə baxılmasını və ona şərh verilməsini nəzərdə tutur, bundan sonra prezident tərəfindən icazə verilir və ya verilmir.

Bu arada, Çexiya vətəndaşları arasında da indiyədək 146 nəfər Ukrayna Silahlı Qüvvələrində xidmət etmək üçün prezidentin razılığını alıb. Onlardan 132 nəfəri Peter Pavelin sələfi Miloş Zemanın zamanında baş verib.

Xatırladaq ki, bu həftə Slovakiya Aİ-nin daha üç dövləti tərəfindən maliyyələşdirilən ilk iki “Zuzana 2” özüyeriyən artilleriya silahını Ukraynaya təhvil verib.

Siyasət rubrikasından digər xəbərlər