Son 24 saat ərzində İranda koronavirusdan 226 nəfər həyatını itirib

16:37 30.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İranda koronavirusun yayılması ilə əlaqədar vəziyyət yenə də ağırlaşıb. Yoluxma və ölüm halları hər gün artır.

Son sutka ərzində ölkədə 2 min 621 nəfər virusa yoluxub, 226 nəfər isə vəfat edib. Bununla da İranda koronavirusa yoluxanların ümumi sayı 301 min 530 nəfər, yoluxaraq ölənlərin sayı isə 16 min 569-a çatıb.

Xüsusi xəstəxanalarda müalicə alan 261 min 200 nəfər sağalaraq evə buraxılıb. İntensiv terapiya şöbələrində yatan 4 mindən çox koronavirus xəstəsinin vəziyyəti ağır olaraq qalır.