Son 48 saat ərzində ABŞ üzərində yeni obyektlər olmayıb

19:21 15.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın müdafiə naziri Lloyd Ostin son 48 saat ərzində ABŞ hava məkanında fəaliyyət göstərə biləcək hər hansı yeni obyektdən xəbərdar olmadığını bildirib.

Ostin əlavə edib ki, ABŞ ordusu əvvəllər ABŞ üzərində vurulmuş obyektlərin dağıntılarını toplamaq üçün mümkün olan hər şeyi edəcək.

Bundan əvvəl “Kommersant” qəzeti yazıb ki, Çin hava şarı ilə insidentdən sonra ABŞ hərbçiləri prezident Co Baydenin göstərişi ilə daha üç obyekti vurub, onların məqsədi ekspertlər tərəfindən müəyyən edilir.

Məqalədə qeyd edilir ki, ABŞ üzərində səmada hava obyektlərinin düşməsi ilə bağlı insidentlərdən sonra dünya “qlobal isteriya”ya büründü: Latın Amerikası üzərində, Böyük Britaniyada şübhəli uçan obyektlər müşahidə olunmağa başladı. Uruqvayda, Termas del Almironda keçirilən festival zamanı qəribə yanıb-sönən işıqlar müşahidə olundu, yerli hakimiyyət orqanları hər ehtimala qarşı naməlum uçan obyektlərin görünüşünü araşdırmaq qərarına gəldilər.

“The New York Post” ABŞ-ın Şimal Komandanlığının məlumatlarına istinadən həmçinin yazıb ki, ABŞ-da hərbi ekspertlər okean üzərində vurulmuş Çin şarının qalıqları içərisində elektron mexanizm və sensorlar tapıblar.