Son sutkada 14 mindən çox insan koronavirusdan həyatını itirib

10:39 17.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dünyada koronavirus infeksiyası qurbanlarının sayı 2 milyon nəfəri ötüb.

Hafta.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, dünyada koronavirusdan 2 001 773 ölüm halı qeydə alınıb.

Son sutka ərzində infeksiyaya yoluxanların sayı 688 mini ötüb. 14 mindən çox xəstə isə gün ərzində koronavirusdan həyatını itirib.