Son sutkada COVID-19 əleyhinə peyvənd vurulmayıb

17:04 21.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.

Bu barədə hafta.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 939 457, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 400 834, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 876 581, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 396 980, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 265 062 nəfər təşkil edir.