Yazını böyüt
Yazını kiçilt
COVID-19 virusuna qarşı “Sputnik V” peyvəndini icad edən tanınmış rus alimlərdən biri 48 yaşlı Andrey Butikov Moskvadakı mənzilində qətlə yetirilib.
Hafta.az Rusiya mətbuatına istinadla xəbər verir ki, Andrey Butikov kəmərlə boğularaq öldürülüb. Ölməmişdən qabaq alim qatilə müqavimət göstərib, lakin hücumu dəf edə bilməyib. Onun bədənində kəsici və deşici alət yaraları var.
Polisin qətl hadisəsi ilə bağlı həyata keçirdiyi əməliyyat zamanı bir nəfər şübhəli şəxs qismində həbs edilib. Polis təhqiqatı davam etdirir.