Stoltenberq: "NATO Türkiyənin Finlandiya və İsveçin üzvlüklə bağlı sərt mövqeyini gözləmirdi"

17:35 13.06.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, alyans Türkiyənin Finlandiya və İsveçin üzvlüklə bağlı sərt mövqeyini gözləməyib.

Hafta.az xəbər verir ki, o, bu barədə Britaniyanın “Financial Times” qəzetinə müsahibəsində bildirib.
“Əvvəllər proses zamanı bu məsələdə hər hansı problemin olacağına inanmağa heç bir əsasımız yox idi".

Eyni zamanda o, əlavə edib ki, Türkiyənin “narahatlıqları” yeni bir şey deyil.

“Türkiyə mühüm müttəfiqdir. Bir müttəfiq təhlükəsizlik narahatlığına işarə etdikdə, biz bunu həll etməliyik” deyib.

İyunun 8-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə tərəfi hələ də İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü dəstəkləmir.