Su ilə bağlı ictimai dinləmələr keçirilməlidir - Elnur Allahverdiyev

11:50 16.02.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Əhalinin sayı artdıqca, istehsal sahələri genişləndikcə suya təlabat da artır. Təklif edirəm ki, dəniz suyunun təmizlənməsi, çay sularının filtirasiyası ilə bağlı özəl şirkətlərin fəaliyyətinə şərait yaradılsın”.

Hafta.az xəbər verir ki, bu barədə Milli Məclisin bugünkü iclasında Su təchizatı və tullantı suları haqqında” qanunda dəyişiklik edilməsi barədə müzakirədə deputat Elnur Allahverdiyev bildirib.

Deputat qeyd edib ki, dənizə Kürdən, digər çaylardan axan sular yığılaraq texniki su kimi istifadə edilə bilər. Onun fikrincə, belə layihələr dünya praktiskasında var. Özəl şirkətlər investor kimi prosesə cəlb edilərək başdan sona qədər işin yaradıcısı kimi texniki suların istehsal müaəssələrinə çatdırılmasını yerinə yetirə bilər.

“COP29 ili" çərçivəsində bu cür mövzuları dinləməyə dəyər. Su ilə bağlı ictimai dinləmələr keçirilməlidir”