Su problemini həll etmək üçün anbarlar yaradılsın -Fəzail Ağamalı

11:50 16.02.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Su təsərrüfatından istifadə üçün Azərbaycanın imkanları məhduddur. Bunun aradan qaldırılması üçün su anbarları yaradlmalıdır”.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Fəzail Ağamalı “Su təchizatı və tullantı suları haqqında” Qanunda dəyişiklik edilməsi barədə birinci oxunuşda müzakirə zamanı bildirib.

“Vətəndaşın sudan istifadə ilə bağlı yeni münasibət sərgiləməsinə ehtiyac var. Bunun da üzərinə hansısa qaydada gedilməlidir”-deyə deputat əlavə edib.

F.Ağamalı qeyd edib ki, bir çox yerlərdə çaylar, sular axıb gedir, onların hamısını bir yerə yığıb təsərrüfatda istifadə edilməsinə nail olmaq lazımdır.

Deputat eyni zamanda yeni yaşayış massivlərində kanalizasiya seitemi ilə bağl problemlərin olduğunu və təkmilləşməyə ehtiyac olarsa bu məsələyə diqqətlə yanaşılmasını vacib sayıb.