“Sülh Şurasında iştirak ölkənin xarici siyasətinə uyğundur” - Aygül Kuspan

11:22 17.02.2026 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qazaxıstan parlamentinin Beynəlxalq İşlər, Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri Aygül Kuspan “Jibek Joly” telekanalının "Uade" proqramında Qəzzada Sülh Şurasının yaradılması və Qazaxıstanın orada iştirakı ilə bağlı şərh verib.

Hafta.az yazır ki,A.Kuspan, "Əvvəla, bu Şura xarici siyasətimizin məntiqinə uyğundur. Xarici siyasətimizin məntiqi sülhməramlılıq, çoxtərəfli əməkdaşlıq və beynəlxalq etimaddır. Qazaxıstan artıq məsuliyyətli, ciddi və sülhsevər tərəfdaş kimi qəbul edilir və buna görə də dəvət olunmağımız tamamilə təbiidir", - deyib.

Millət vəkili həmçinin qeyd edib ki, Qazaxıstanın Sülh Şurasında iştirakı ölkəyə Qəzzadakı münaqişənin həlli də daxil olmaqla, mühüm beynəlxalq məsələlərdə mövqelərini daha effektiv şəkildə təqdim etməyə imkan verir.

Xatırladaq ki, 22 yanvarda prezident Kasım-Jomart Tokayev ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılmış Sülh Şurasının nizamnaməsini imzalayıb.

Ümumilikdə Qəzza Sülh Şurasına 19 ölkə imza atıb.