Sumqayıtda 35 yaşlı qadın intihar etdi

11:24 06.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sumqayıtda intihar hadisəsi baş verib.

Hafta.az-ın məlumatına görə, hadisə şəhərin 30-cu məhəlləsində qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü Tünzalə Qənbərova yaşadığı binanın 8-ci mərtəbəsindən özünü ataraq intihar edib. Hadisənin səbəbləri bilinmir. Meyit aidiyyatı üzrə təhvil verilib. 

Faktla bağlı araşdırma aparılır.apa