Sumqayıtda beşmərtəbəli yaşayış binasında yanğın baş verib

19:06 02.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 10 ədəd elektrik sayğacı, 10 ədəd qoruyucu açar və 3 paq.m kabel yanıb.

Fövqəladə Hallar Nazirliyindən Hafta.az-a bildirilib ki, mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.