Yazını böyüt
Yazını kiçilt
Sumqayıt şəhərində bir-birinə bitişik tikilən evlərdə yanğın olub.
Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, yanğın yerinin kəşfiyyatı zamanı 2 azyaşlının meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evlərin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.