Yazını böyüt
Yazını kiçilt
Sumqayıtda itkin düşən uşaq tapılıb.
“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, 2012-ci il təvəllüdlü Nuriyev Yusif Ülvan oğlu yaşadığı binanın həyətindən çıxaraq digər binanın qarşısına keçib. Sonra yolu itirdiyindən başqa binaların həyətinə gəlib.
Daxili İşlər Nazirliyinin "102" Xidməti-Zəng Mərkəzinə məlumat veriləndən sonra uşaq tapılaraq ailəsinə təhvil verilib.