Sumqayıtda sexdə baş verən yanğın söndürülüb - YENİLƏNİB

23:29 13.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Məlumat verildiyi kimi, Sumqayıt şəhəri, 41-ci məhəllə, Çerkassi küçəsi, 34 ünvanında yerləşən şüşə sexində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilmiş təcili və təxirəsalınmaz tədbirlər sayəsində geniş əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Nazirlikdən hafta.az-a verilən məlumata görə, yanğın nəticəsində vətəndaşa məxsus ümumi sahəsi 500m² olan şüşə emalı sexinin yanar konstruksiyaları və bitişik ümumi sahəsi 600m² olan şüşə qabları istehsalı sexinin yanar konstruksiyaları 80m² sahədə, içərisində olan soba yanıb.

Sexin qalan hissəsi, bitişik anbar və talvar yanğından mühafizə olunub.

*** 22:20

Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 41-ci məhəllə, Çerkassi küçəsində yerləşən sexdə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb olunub.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının şüşə istehsalı sexində baş verdiyi müəyyən olunub.

Yanğından mühafizə bölmələrinin operativ fəaliyyəti sayəsində yanğın genişlənməsinə imkan verilmədən söndürülüb.

Əlavə məlumat veriləcək.

*** 21:35

Sumqayıtda sexdə yanğın başlayıb.

Hafta.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.