Rusiyanın Ukraynanın şərq vilayətləri olan Donbas və Luqansk separatçı rejimlərini tanıma qərarına xarici ölkələrdən ilk dəstək verildi.
Hafta.az-ın yazdığına görə, bu ölkə indiyədək hamının gözünü dikdiyi Belarus yox, Suriyadır. Suriya prezidenti Bəşər Əsəd deyib ki, Vladimir Putinin simasında Rusiya hər zaman Suriyanın yanında olub və bu ölkəni xarici düşmənlərdən maksimum qoruyub. Odur ki, xəcalətdən çıxmaq zamanıdır. O, yaxın günlərdə Rusiyanın Ukrayna torpaqlarını işğal etmə qərarına dəstək olaraq, Donbas və Luqansk separatçı rejimlərinin dırnaqarası müstəqilliyini tanıyacaqlarını deyib. Rusiyalı deputat Dmitri Sablin bildirib ki, onlar Bəşər Əsəddən ciddi dsətək alırlar və əmindirlər ki, rəsmi Dəməşq Donbas və Luqansk "respublikalarını" yaxın günlərdə tanıyacaq.