Suriyada İŞİD-in iki lideri öldürülüb

20:14 14.10.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Suriyanın təhlükəsizlik qüvvələri ölkənin cənubunda yerləşən Dera əyalətində keçirilən xüsusi əməliyyat zamanı “İslam Dövləti” terror qruplaşmasının iki liderini məhv edib. Hafta.az bildirir ki, bu barədə cümə günü SANA agentliyi məlumat yayıb.

Təhlükəsizlik qüvvələri ordu və mülki qrupların dəstəyi ilə Dəranın şimal-qərbindəki Casem şəhərində İD yaraqlılarına qarşı xüsusi əməliyyat keçirir. Qarşıdurmalar zamanı çoxlu terrorçu öldürülüb və yaralanıb. Xüsusilə təhlükəsizlik qüvvələri İŞİD-in iki liderini: Əyyub Fadel Cabavi və Ayham Faysal əl-Xalkini məhv etməyə nail olub.