“Şuşa ili” çərçivəsində təşkil olunan pyes müsabiqəsi ilin sonuna qədər davam edəcək

16:49 18.02.2022 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Məlumdur ki, yanvarın 5-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla 2022-ci il ölkəmizdə “Şuşa İli” elan olunub.

Elə isə gəlin görək Şuşa ili ilə bağlı olaraq Mədəniyyət Nazirliyi il boyu hansı tədbirlərin keçirilməsini planlaşdırır? Bu il müvafiq mövzuda nə kimi işlər görüləcək?

Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən hafta.az-ın sorğusuna cavab olaraq bildirilib ki, “Şuşa ili” çərçivəsində təşkil olunan pyes müsabiqəsi ilin sonuna qədər davam edəcək:

“Sentyabrın 1-nə qədər vaxt qoyulub.Sentyabrın 1-i deadlinedır. Təqdim olunan bütün pyeslər götürüləcək, bir ay ərzində oxunub pyeslərə baxılacaq. Birinci yerin qalibinə 2000 manat pul mükafatı veriləcək.Həmin pyes dövlət sifarişi əsasında tamaşaya qoyulacaq”.