Şuşanın Mədəniyyət və Turizm İdarəsinin rəhbəri kimi 30 ildir tarixi abidələrin araşdırması ilə məşğuluq. 30 ildir həmin o tarixi abidəllərin, həmin o məhəllələrin hamısının şəkillərini yağlı boya ilə çəkdirmişəm. Mən bunu sizə dəqiq deyirəm ki, Şuşada invertar nömrəsi ilə dövlət tərəfindən 248 abidə olub.
Bu fikirləri hafta.az-a Şuşa Mədəniyyət və Turizm İdarəsinin sədri Zahid Abbasov deyib:
“ Amma mən həmişə demişəm ki, Şuşada 300-dən də çox abidə olub. Bilirsiz ki, Şuşada adi asfaltdan yol çəkilməyib. Bütün küçələr qaya daşları ilə tikilib. Şuşanın hər bir daşı tarixi abidədir. Onun dəyəri ölçüyə gəlməzdir. Qeyd edim ki, tarixi abidələrin araşdırılmasıvə invertarlaşdırılması ilə bağlı komissiya yaradılmışdı və mən də o komissiyanın tərkibində idim. Apardığımız işlər əsasında hələlik 300-dən artıq abidələrimiz invertarlaşdırılıb. Bununla yanaşı işlər davam edir. Yəqin ki, hələ sayı artacaq”.