Şuşada beynəlxalq konfrans başlayıb

14:14 19.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şuşada “Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda beynəlxalq konfrans başlayıb.

Hafta.az xəbər verir ki, konfransda mədəniyyət naziri Anar Kərimov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli, İSESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Əmrəyev, TÜRKSOY-un Baş katibi Sultanbay Rayev, Maltanın UNESCO üzrə Milli Komissiyasının sədri Raymond Bondin, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Angel Moratinos və digər hökumət və beynəlxalq təşkilatların nümayəndələri iştirak edir.

Konfrans iştirakçıları əsas hissədən öncə Şuşa Realnı Məktəbinin önündə xatirə şəkli çəkdiriblər.

Beynəlxalq konfransın əsas istiqaməti postmünaqişə dövründə olan ölkələrin işğaldan azad olunmuş ərazilərində mədəni infrastrukturu dirçəltmək, milli-mənəvi dəyərləri yenidən həmin torpaqlara qaytarmaq üçün davamlı sülhün təmin etməkdir.

İki gün davam edəcək konfransın plenar sessiyalarında regional ekosistemin qorunması, mədəni irsin qorunmasının gələcək perspektivləri, mədəni irsin qorunmasının sülhə, dialoq və əməkdaşlığa töhfəsi, mədəni irs davamlı sülhün təməli kimi, postkonfliktdən sonrakı dövrdə qurulan dialoqlarda mədəniyyətin rolu, keçmiş çağırışlar – gələcək perspektivlər: irsin idarə olunması siyasətinin urbisid kontekstində tətbiqi mövzusunda müzakirələr nəzərdə tutulub.

Oxunma sayı 33
Mədəniyyət rubrikasından digər xəbərlər