Şuşada məktəblilərin Xarıbülbül düşərgəsi təşkil olunub - FOTO

14:56 02.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli” çərçivəsində elan etdiyi xüsusi qrant müsabiqəsinin qaliblərindən olan “Karvan” gənclərin inkişafına dəstək ictimai birliyinin təşkilatçılığı ilə “Məktəblilərin Xarıbülbül Düşərgəsi” uğurla həyata keçirilib. Düşərgədə şəhid övladları, Şuşa məktəbliləri və digər məktəblərdən olan şagirdlər iştirak ediblər.

Hafta.az xəbər verir ki, məktəblilər Şuşa ilə yaxından tanış olaraq buranın tarixi, işğaldan sonrakı sürətli inkişaf haqqında məlumatlandırılıblar. Eləcə də, asudə vaxtlarının səmərəli təşkili üçün müxtəlif əyləncəli və intellektual oyunlar keçirilib, məktəblilərdə mühəndislik vərdişlərinin formalaşdırılması üçün xüsusi hazırlanmış “Davinçi Qübbəsi”ni inşa edib, quş yuvaları düzəldərək təbiətə yerləşdiriblər.

Sonda düşərgə iştirakçıları bu cür təşəbbüsə görə səfər təşkilatçılarına minnətdarlıqlarını ifadə ediblər. Onlar Şuşanın valehedici təbiətinin, burada yaşanan anların onların xatirəsində daim qalacağını bildiriblər.