Şuşalı qızın itirilmiş uşaqlıq hekayəsi Niderland mətbuatında

10:25 31.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Niderlandın “FOR YOU” jurnalının oktyabr buraxılışında “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyi assosiasiyasının sədri Mayisə Ağamirzəyevanın təşəbbüsü ilə Real televiziyasının Avropa bürosunun rəhbəri Xatirə Sərdarqızının Şuşa haqqında real həyat hekayəsi əsasında çəkdiyi “28” sənədli filmindən bəhs edən “İtirilmiş uşaqlıq” adlı məqalə dərc olunub.

Hafta.az xəbər verir ki, məqalədə onun birinci Qarabag müharibəsi dövründə itirdiyi uşaqlığından, 12 yaşında Şuşanın işgalından sonra zorla doğma yurdundan qovulan, 28 il sonra yenidən Şuşaya qayıdaraq uçurulmuş evini yenidən tapan, doğma şəhərində qoyub gəldiyi uşaqlığına qovuşan bir qızcığazın həyatından danışılır.