TİKA Naxçıvanda 400 ailəyə ərzaq bağlaması payladı

09:05 11.03.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Naxçıvan Muxtar Respublikasında ehtiyacı olan 400 ailəyə ərzaq bağlaması verib.

Hafta.az-ın yazdığına görə, TİKA-nın rəsmi internet saytından edilən açıqlamada deyilir ki, Türkiyənin Naxçıvandakı Baş Konsulluğu və Naxçıvan Muxtar Respublikası Dini İşlər üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən mərasimdə TİKA ehtiyaclı ailələrə ərzaq bağlamaları çatdırıb.

Mərasimdə çıxış edən Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya Türkiyə ilə Azərbaycan arasında qardaşlığın dünyada müstəsna yeri olduğunu qeyd edib. O, çıxışında iki ölkə qardaşlığının göstəricisi olaraq TİKA-nın Naxçıvanda fəaliyyətini günü-gündən artırdığını bildirib.

TİKA-nın Bakı koordinatoru Hayrəttin Özçelik deyib ki, ərzaq yardımı ilə yanaşı, Naxçıvanda iftar proqramında şəhid ailələri və qazilərlə bir araya gələcəklər. Özçelik TİKA-nın 31 il ərzində Azərbaycanda 1500-dən çox layihə həyata keçirdiyini də bildirib.

Qeyd edək ki, iftarda şəhid ailələri, qazilər və önəmli şəxsiyyətlər bir araya gəlib. İftar proqramı çərçivəsində “Qurani-Kərim” tilavətindən sonra şəhidlər anılıb, dövlət himnləri oxunub, iftar süfrəsi açılıb.