Tacikistan MN-in nümayəndə heyəti Heydər Əliyev adına Hərbi İnstitutda olub - FOTO

15:52 23.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda səfərdə olan Tacikistan Respublikası Müdafiə Nazirliyinin Hərbi Kadrların Hazırlanması İdarəsinin nümayəndə heyəti Heydər Əliyev adına Hərbi İnstitutu ziyarət edib.

Müdafiə Nazirliyindən hafta.az-a verilən məlumata görə, qonaqlara hərbi institutun tarixi və fəaliyyəti barədə brifinq təqdim edildikdən sonra hərbi təhsil sisteminin inkişaf perspektivlərinə dair qarşılıqlı fikir mübadiləsi aparılıb.

Sonra qonaqlar Tacikistan Respublikasından Heydər Əliyev adına Hərbi İnstitutda təhsil alan kursantlarla görüşüb, onlarla söhbət aparıb və təhsilləri ilə maraqlanıblar.

Səfər proqramı çərçivəsində nümayəndə heyəti təhsil müəssisəsinin ərazisi, tədris korpusları, maddi-texniki bazası, muzeyi ilə tanış olub, eləcə də tədris prosesini izləyiblər.

Sonda qarşılıqlı hədiyyələr təqdim edilib.

Siyasət rubrikasından digər xəbərlər