Taliban İsveçin Əfqanıstandakı bütün fəaliyyətlərini yasaqladı

10:45 11.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İslam Əmirliyinin Əfqanıstandakı administrasiyası İsveçin bu ölkədə Qurani-Kərimin yandırılması ilə bağlı bütün fəaliyyətini dayandırıb.

Hafta.az-ın yazdığına görə, İslam Əmirliyinin Əfqanıstandakı sözçülərindən Zebihullah Mücahid verdiyi açıqlamada İsveçin Əfqanıstandakı bütün fəaliyyətlərinin “müsəlmanlardan üzr istəyənə qədər” dayandırıldığını bildirib.

İslam Əmirliyi rəhbərliyinin bəyanatında aşağıdakı ifadələr yer alıb: "İslam Əmirliyi rəhbərliyi İsveçin Əfqanıstanda Quran və müsəlmanları təhqir etməsi ilə bağlı fəaliyyətini dünya müsəlmanlarından üzr istəyənə qədər dayandırıb. İslam Əmirliyinə bağlı bütün qurum və təşkilatlar bu qərara əməl etməyə borcludurlar. Əfqanıstan İslam Əmirliyi bu çirkin əmələ görə digər müsəlman ölkələrindən İsveçlə münasibətlərinə yenidən baxmağı tələb edir".

Ötən günlərdə İsveçin paytaxtı Stokholmda bir məscidin qarşısında Quranın yandırılmasına icazə verilib və İraq vətəndaşı olduğu bildirilən şəxs əlindəki Quranı yandırıb.

Siyasət rubrikasından digər xəbərlər