“Taliban” Əfqanıstanın hava hücumundan müdafiə sisteminini gücləndirir

10:24 12.09.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Taliban” hərəkatı Rusiya texnikasından istifadə edərək Əfqanıstanın hava hücumundan müdafiə sistemini qurmaq istəyir.

Hafta.az-ın “Forbes”ə istinadən yazdığına görə, 2023-cü ilin əvvəlində Əfqanıstanın müvəqqəti hökuməti ölkə büdcəsinin ən böyük hissəsini müdafiəyə ayırıb.

“Zenit raketləri ölkənin ehtiyacıdır. Şübhəsiz ki, Əfqanıstan onları almaq üçün bütün imkanlardan istifadə edir”, – “Taliban” komandiri Qari Fasihuddin Fitrat bildirib.

Avqustun 29-da Əfqanıstan Müdafiə Nazirliyinin maddi-texniki təchizat şöbəsinin rəisi general Səid Əbdül Bəsir Saberi kifayət qədər açıq danışıb. “Hesab edirəm ki, bizə hava hücumundan müdafiə və hava məkanına nəzarət üçün avadanlıq lazımdır. Yerüstü avadanlıqlarımız var. Düşünürəm ki, beynəlxalq hüquqi şərtlər yarananda biz belə məhsulları sizdən beynəlxalq səviyyədə alacağıq”, - deyə Saberi bildirib.

Onun bəyanatı Rusiya ilə münasibətlərin istiləşməsi fonunda verilib. Xüsusilə də Rusiya may ayında “Taliban” rəsmilərini Sankt-Peterburq forumuna dəvət etmişdi.

“Taliban”ın hava hücumundan müdafiə sistemi alması ABŞ-ı narahat edə bilər ki, bu da ABŞ pilotsuz təyyarələrin bu sistem tərəfindən ələ keçiriləcəyi deməkdir. Mart ayında “Taliban” iddia edib ki, Amerika pilotsuz təyyarələri ölkənin hava məkanını pozur.

Avropa Siyasətinin Təhlili Mərkəzinin “Demokratik Sabitlik” proqramının baş elmi işçisi Pavel Luzin Rusiyanın yaxın gələcəkdə “Taliban”a müasir silahlar satacağına şübhə edir və Saberinin bəyanatını Kreml üçün “şirin söz” hesab edir.

“Taliban” bir neçə hava hücumundan müdafiə sistemi əldə etmək istəyir, lakin hələlik onları almağa hazır deyil. Rusiyanın silah tədarükü sahəsində çoxillik təcrübəsinə baxmayaraq, burada arzular reallıq kimi təqdim olunur. Bundan əlavə, hava hücumundan müdafiə ilə bağlı hər hansı sövdələşmə Rusiyanın sadəcə bu sistemi rəfdən çıxaracağı anlamına gəlmir. “Taliban” bu sistemlərin idarə olunmasını yaxşı mənimsəməyib" deyir Luzin.