Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq İdarəsi (UNODC) bildirib ki, Talibanın tiryək qadağasından sonra həddindən artıq dozadan ölüm halları arta bilər.
Hafta.az-ın “Reuters”ə istinadən yazdığına görə, UNODC-nin dərc etdiyi hesabatda, tiryək qadağası səbəbindən heroindən istifadə edən insanların ölümcül sintetik opioidlərə keçməsi ilə ifrat dozada ölüm hallarının arta biləcəyi bildirilib.
Bazarda heroinin saflıq səviyyəsinin aşağı düşməsinin gözlənildiyini bildirən təşkilat Əfqanıstanda istehsal edilən xaşxaşın ümumiyyətlə Avropa, Yaxın Şərq və Cənubi Asiya ölkələrinə göndərildiyini və bu gündən etibarən “tiryək qıtlığı”nın ola biləcəyini bildirib.
İcmalda, alternativ opioidlərin son illər bəzi Avropa ölkələrində ortaya çıxan fentanil və ya nitrasen kimi çox güclü maddələri ehtiva etdiyi üçün ciddi sağlamlıq problemlərinə səbəb ola biləcəyi bildirilib.
UNODC-nin əməkdaşı Angela Me, İrlandiya, Böyük Britaniya, Estoniya və Latviyada fentanildən daha güclü sintetik opioid növü olan nitazenlərdən həddindən artıq dozada ölüm hallarının qeydə alındığını bildirib.
Onu da qeyd edək ki, narkotik istifadəçiləri tez-tez nitazeni heroin zənn edərək alırlar. Bildirilib ki, həddindən artıq dozadan ölənlərdən sonra aparılan araşdırmalarda heroin kimi satılan narkotiklərin əslində saf narkotik olduğu anlaşılıb.
ABŞ-ın 2021-ci ildə ölkədən çıxması ilə Taliban əvvəlcə paytaxt Kabilə, sonra isə bütün ölkəyə nəzarəti ələ keçirdi. Təşkilat 2022-ci ilin aprelində tiryək yetişdirilməsini qadağan edib.
UNODC-nin ötən ilin noyabrında dərc etdiyi hesabatda bir vaxtlar dünyanın ən böyük tiryək tədarükçüsü olan Əfqanıstanda narkotik istehsalının 95 faiz azaldığı bildirilir.