Tanınmış Əməkdar rəssam VƏFAT ETDİ

14:30 27.10.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası (ADRA) müəllimi, əməkdar rəssam, heykəltəraş Zeynalabdin İsgəndərov dünyasını dəyişib.

Hafta.az xəbər verir ki, Əməkdar rəssam 1949-cu ildə Bakıda doğulub. Mərhum 1966–1970-ci illərdə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində, 1971–1977-ci illərdə isə, V.I.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsil alıb. Bundan başqa Z.İsgəndərov 40 ilə yaxın, heykəltəraşlıq sahəsində bilik və bacarığını gənc nəslə öyrədib, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) professor olaraq çalışıb.

Qeyd edək ki, mərhum sənətkarın ən məşhur əsərlərindən biri 1982-ci ildə indiki Şirvan şəhərində ucaldılmış Leninin abidəsi olub. İmperiya dağılanda həmin heykəl də uçurulub. Heykəltəraş Sara Qədimova, Lətif Kərimov, Mikayıl Abdullayev, Maral Rəhmanzadə, Leyla Bədirbəyli, Emin Sabitoğlu, Möhsün Sənani və başqa görkəmli şəxsiyyətlərin qəbirüstü abidələrini, barelyeflərini hazırlayıb.