Tanınmış teleaparıcı ölkəni tərk edib?

09:30 04.10.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Uzun illər Rusiyanın dövlət kanalı olan ORT-nin məşhur xəbər aparıcısı Yekaterina Andreyeva Kseniya Sobçakın “İstanbula uçuş” yazısına və sosial şəbəkədə yayılan “Ölkəni tərk etdi” iddialarına dərhal cavab verib. Andreyeva sosial media üzərindən Türkiyədə olduğunu təsdiqləyib.



Hafta.az-ın yazdığına görə, məşhur diktor sosial şəbəkədə paylaşdığı açıqlamada Urfaya gedəcəyini və "Peyğəmbərlər şəhərinin enerjisini Moskvaya gətirəcəyini" bildirib.

Qeyd edək ki, vaxtilə diktorla eyni kanalda çalışan Marina Ovsyannikova, Andreyevanın canlı yayımında Putinin Ukraynaya hücumuna etiraz əlamədi olaraq pankart açmışdı. O vaxt Andreyeva yayımda baş verənlərə heç bir reaksiya verməmişdi.

Oxunma sayı 716