Tank bölmələrində döyüş atışları icra olunub - VİDEO

11:56 30.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun tank bölmələrində döyüş atışları icra olunub.

Müdafiə Nazirliyindən hafta.az-a verilən məlumata görə, döyüş maşınlarının idarə olunması vərdişlərini təkmilləşdirən tank heyətləri təyin olunmuş hədəflərə praktiki atışlar icra edib.