Tankların tədarükü Ukraynada münaqişəni gərginləşdirməyəcək - Stolnberq

12:24 24.01.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Müasir Qərb tanklarının tədarükü Ukraynada münaqişənin kəskinləşməsinə səbəb olmayacaq. Bu fikri NATO-nun baş katibi Yens Stoltenberq Welt nəşrinə müsahibəsində bildirib.

“İndi müttəfiqlər arasında Ukraynaya hansı avadanlıqları tədarük etməyimizlə bağlı məsləhətləşmələr prosesi gedir. Təbii ki, əksər müharibələr danışıqlar masası arxasında bitir. Amma biz başa düşürük ki, Ukraynanın bu cür danışıqlarda nəyə nail ola biləcəyi onun döyüş meydanındakı mövqeyindən asılıdır”, - deyə o bildirib.

O, NATO ölkələrinin Ukraynaya tez bir zamanda tank tədarük etməyə hazır olmasını alqışladığını vurğulayıb.

Stoltenberq müzakirənin döyüş tanklarının tədarükü ilə məhdudlaşmaması fikrini də bildirib. O, bəyan edib ki, Ramşteyndəki görüşdə Ukraynaya çoxlu sayda ağır silahların verilməsi barədə qərar qəbul edilib.