Tarixdə "pələng müharibələri"

11:55 30.12.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

2022-ci il pələng ili olacaq. Tarixdə bu il, həm də qanlı müharibələrin başlanğıcı kimi yadda qalıb. Simvolik olaraq bu müharibələrə "pələng müharibələri" də deyilir. Hafta.az bu il baş verən önəmli hadisələrin araşdırmasını aparıb:

1854-cü il - Krım müharibəsinin başlanğıcı. Böyük Britaniyanın təhriki ilə Osmanlı İmperiyasını Rusiyaya qarşı müharibəyə başladı. İki davam edən bu savaşda əsas hədəf Krım yarımadası oldu. Qərb dövlətlərinin dəstəyi ilə Rusiya Krım müharibəsində məğlub edildi.

1878-ci il - növbəti rus-türk müharibəsi. Bu müharibə nəticəsində Bolqarıstan Osmanlının tabeçiliyindən ayrıldı. 

1914-cü il - Birinci Dynya Mhürabisi başladı. 4 il davam edən savaşda onlar dövlət iştirak etdi. Rusiya, Osmanlı, Avstriya-Macarıstan kimi imperiyalar dağıldı. 

1938-ci il – İkinci Dünya müharibəsinin 1939-cu il sentyabrın 1-də başlandığı bildirilir. Çoxları əmindir ki, müharibə, əslində, 1938-ci ildə Çexoslovakiya faciəsi ilə başladı. Almaniya, Polşa və Macarıstan bu ölkəni öz aralarında böldülər. Parisin və Londonun ozamankı davranış tərzi tarixə əbədi olaraq “Münhen razılaşması” etiketi ilə damğasını vurdu.

1950-ci il – Koreya müharibəsinin başlandığı ildir. Əslində, o zaman Şimali və Cənubi Koreya müharibə etmirdi. Bu, ABŞ və Sovet İttifaqı və Çin arasında gizli toqquşma idi. Müharibə onilliklərboyu davam edən qarşıdurmaya rəvac verən heç-heçə ilə başa çatdı. ABŞ Cənubi Koreya ərazisində çoxsaylı bazalar yaratdı.

1962-ci il - Karib böhranı. Həmin il müharibə olmasa da, çoxları 3-cü Dünya müharibəsinin bir addımlığından geri dönüldüyü qənaətindədir. Bu il Kubada raket böhranı ilidir. Böhrana səbəb Azadlıq adasında sovet raketlərinin görünməsi ilə başladı. Əvvəlcə ABŞ Türkiyədə nüvə ballistik raketlərini yerləşdirdi. Buna cavab olaraq SSRİ Anadır əməliyyatını həyata keçirdi və gizli şəkildə Kubaya bir neçə raket diviziyası yerləşdirdi. Nəticədə, dünya nüvə müharibəsi astanasında idi. SSRİ və ABŞ-ın nüvə qüvvələri bir neçə həftə ərzində düşmənə zərbə endirməyə hazır idi.  Kennedi və Xruşşovun eskalasiyanı dayandırmaq üçün sağlam düşüncəsi var idi. Ruslar raketlərini Kubadan, ABŞ isə Türkiyədən çıxardı.

1986-cı il - Çernobıl faciəsi. Bir neçə gün dünyadan gizlədilən bu faciə tarixdə miqyasına görə ən böyük fəlakətlərdən biri sayılır. Nüvə reaktorunun partlaması nəticəsində minlərlə insan dəhşətli şüalanmaya məruz qaldı. Təbiət məhv oldu. Onun nəticələrini aradan tam olaraq qaldırmaq hələ də mümkün deyil.

2010-cu il - hərbi baxımdan bəlkə də ən dinc il olub. Həmin il Rusiya və ABŞ strateji hücum silahlarına dair müqavilə bağladılar - START III. Sənədi Rusiya prezidenti Dmitri Medvedev və ABŞ prezidenti Barak Obama imzalayıblar.

Pələngin 2022-ci ildə bizə hansı sürprizləri hazırladığını isə yaşayaraq görəcəyik.