Tatarıstan prezidentindən Kadırovun 15 yaşlı oğluna medal

09:05 25.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Tatarıstan lideri Rüstəm Minnihanov Çeçenistan prezidenti Ramzan Kadırovun 15 yaşlı oğlu Adəm Kadırova respublikanın ikinci ən böyük medalı olan “Duslik (Dostluq)” ordenini təqdim edib.

Hafta.az-ın yazdığın görə, bu xəbəri və şəklini Dövlət Dumasının deputatı Adəm Delimxanov Telegram kanalındakı mesajında ​​paylaşıb.

Deputatın yayımladığı fotoda Ramzan Kadırov, Adəm Kadırov, Rüstəm Minnixanov və Adəm Delimxanov Çeçenistanın paytaxtı Qroznıda yan-yana poza veriblər.

Dəlimxanov şəklin altına “Etnik qruplar və dinlər arasında sülhün və harmoniyanın möhkəmləndirilməsində mühüm xidmətlərinə görə əziz qardaşım oğlunu “Dostluq” ordeninə layiq görülməsi münasibətilə təbrik edirəm” sözlərini yazıb.

Bu yüksək mükafat, Delimxanovun fikrincə, “Adəm Kadırovun görkəmli və parlaq bacarığının daha bir sübutu idi, o, hələ çox gənc yaşlarından qətiyyətli, yüksək səriştəli və cəsarətli insan olduğunu göstərib”.

Tatarıstan Respublikası Rəyasət Heyətinin mətbuat xidməti Adəm Kadırovun “Dostuq” ordeninə layiq görüldüyünü təsdiqləyib.

Sentyabrın 25-də Ramzan Kadırov Qroznıdakı istintaq təcridxanasında Volqoqradda Quranı yandırdığına görə saxlanılan Nikita Juraveli döyən oğlu Adəmin hərəkətindən qürur duyduğunu bildirib və Juravelin döyüldüyü anın videosunu yayımlayıb.

Siyasət rubrikasından digər xəbərlər