Çinin Tayvan Əlaqələri Ofisinin sözçüsü Çın Binhua verdiyi açıqlamada, "Tayvan Çinin Tayvanıdır. Seçkilər Tayvan boğazının iki sahili arasındakı ümumi mənzərəyə və əlaqələrin inkişafına təsir etməyəcək və Çinin birləşmə meylini dəyişdirməyəcək" deyib.
Hafta.az-ın yazdığına görə, seçkinin nəticələrinin hakim Demokratik Tərəqqi Partiyasının (DPP) ada ilə bağlı əsas ictimai rəyi əks etdirmədiyini göstərdiyini iddia edən sözcü Çın bildirib ki, Tayvan məsələsini çözmək və milli birləşməni təmin etmək üçün mövqeyimiz və qətiyyətimiz davam edir.
Çin, Tayvanla münasibətlərdə “vahid Çin” prinsipini özündə əks etdirən “1992 Razılaşma”sına sadiq qalacaqlarını, separatçı fəaliyyətlərə və “Tayvanın müstəqilliyinə” yönəlmiş xarici müdaxiləyə qarşı çıxacaqlarını vurğulayıb.
Çin Xarici İşlər Nazirliyi də yazılı açıqlamada Tayvan məsələsinin Çinin daxili işi olduğunu və adanın müstəqilliyi üçün hər cür cəhdə qarşı çıxacaqlarını bildirib. "Tayvan məsələsi Çinin daxili işidir. Tayvanda nə dəyişikliklər baş verirsə versin, dünyada tək Çin faktı və Tayvanın da onun bir parçası olması dəyişməyəcək", - nazirlik bildirib.
Bəyanatda Çinin “tək Çin” prinsipinə sadiq qaldığı vurğulanıb və “Tayvanın müstəqilliyi”, “iki Çin”, “bir Çin, bir Tayvan” kimi separatçı düsturların Pekin tərəfindən qəbul edilməyəcəyi vurğulanıb.
Xatırladaq ki, yanvarın 13-də Tayvanda qondarma prezident seçkiləri keçirilib. Hakim Demokratik Tərəqqi Partiyasının (DPP) namizədi Lai Qingde qalib gəlib. Ənənəvi olaraq adanın tam müstəqilliyinin tərəfdarı olan Lai 40,1 faiz səs toplayıb. MSK-nın məlumatına görə, seçici fəallığı 69,8 faiz təşkil edib.
Azərbaycan dövləti Tayvanda keçirilmiş qondarma seçkilərin nəticələrini tanımır. Azərbaycanın Xarici İşlər Nazirliyi Tayvanın Çinin ayrılmaz bir parçası kimi gördüyünü təkrarlayaraq "tək Çin" prinsipinə dəyişməz dəstəyini ifadə edib.
Bu arada, Çin Müdafiə Nazirliyinin sözçüsü Çjan Syaoqanq Tayvanın müstəqillik planlarına qarşı cavab vermək əzmində olduqlarını deyib və ordunun istənilən müharibə təhlükəsinə hazır olduğunu açıqlayıb.
Çjan Syaoqanq bildirib ki, Çin ordusu hər zaman yüksək döyüş hazırlığına malik olub və Tayvanın müstəqilliyi ilə bağlı planları süquta uğratmaq üçün zəruri hər şeyi edəcək.
Çin Müdafiə Nazirliyinin sözçüsü bildirib ki, ABŞ silahlarının Tayvana göndərilməsi adanı birmənalı olaraq müharibə risqi qarşısında qoyur:
“Tayvanda hakim Demokratik Tərəqqi Partiyasının rəhbərliyi Tayvan xalqının alın təri və qanı ilə qazandığı pulları öz şəxsi maraqları üçün Amerika silahları almağa xərcləyir. Bu, vətənin tam yenidən birləşməsinə doğru tendensiyanı dayandırmayacaq, lakin Tayvanı təhlükəli və dəhşətli müharibə vəziyyətinə gətirəcək”.