TƏBİB-in nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər

15:10 20.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov, struktur bölmə rəhbərləri və tabeli tibb müəssisələrinin rəhbər heyətinin iştirakı ilə 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar Şəhidlər xiyabanı ziyarət olunub.

TƏBİB-dən hafta.az-a bildirilib ki, Vətənimizin azadlığı uğrunda qəhrəmanlıq göstərmiş şəhidlərimizin müqəddəs ruhları yad edilib, məzarları üzərinə gül dəstələri düzülüb.